Bildiyiniz kimi, bu yaxınlarda "Neftçi"də kütləvi istefalar oldu. Belə ki, klubun futbol akademiyasının beş məşqçisi işindən azad edildi.

Rekord.az-a daxil olan məlumata görə, kütləvi gedişin səbəbi kateqoriya ilə bağlı olub.

Belə ki, rəhbərlik bundan sonra yalnız Pro və A kateqoriyalı məşqçiləri işə götürəcək. B və C kateqoriyalı məşqçilərə "Neftçi"də yer olmayacaq.