Fransanın "L Equipe" nəşri "Neftçi" ilə bağlı iddia irəli sürüb. Bildirilib ki, bakılılar "Havr"ın yarımmüdafiəçisi Roman Baskın transferini bitirmək üzrədir. Xəbərdə fransalı oyunçu ilə 2 illik müqavilə imzalanacağı qeyd olunub.

Rekord.az xəbər verir ki, sportinfo.az-a açıqlamasında "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev adıçəkilən futbolçunun transferi ilə bağlı bunları deyib:

"Bəli, maraqlandığımız futbolçudur. Hazırda da danışıqlar gedir. Hələlik rəsmi müqavilə imzalanmayıb”.

26 yaşlı orta sahə oyunçusu daha əvvəl ölkəsində "Keviyi Ruan"da oynayıb.