“Neftçi”dən Malayziya klubuna
- 11 Avq 2024 16:20
- 202
"Neftçi"dən ayrılan Azərbaycan millisinin üzvü Eddi İsrafilovun yeni klubu bəlli olub.
Rekord.az xəbər verir ki, 32 yaşlı futbolçu karyerasını Malayziyada davam etdirəcək.
Təcrübəli yarımmüdafiəçi bu ölkənin "Cohor Darul Takzim" komandası ilə 1 illik müqavilə imzalayıb.
Xatırladaq ki, “Neftçi” Eddi İsrafilovla bu yay yollarını ayırmışdı. Təcrübəli futbolçunun başa çatan müqaviləsi yenilənməmişdi.
2022-ci ilin yanvarında "Neftçi"yə transfer olunmuş İsrafilov bu müddət ərzində 71 oyunda 7 qol vurub.