Xəbər verdiyimiz kimi, Neftçi"nin futbolçusu Anton Krivotsyuk Polşanın "Visla" (Plotsk) klubuna keçib.

Rekord.az xəbər verir ki, "ağ qaralar" ukraynalı futbolçuya yeni müqavilə təklif etsə də o, bundan imtina edib.

Səbəblərinə gəlincə, ilk növbədə maddi məsələdə anlaşa bilməyiblər. Deyilənə görə, çempion olduqdan sonra Krivatsyuk daha yüksək maaş tələb edib. Bu tələbi yerinə yetirilməyincə, getməyə qərar verdi. Üstəlik, Polşa variantının olması da onun gedişini sürətləndirdi. Çünki Polşa Antonun vətəni Ukraynaya çox yaxındır və Poldaşa olduğu müddətdə rahat şəkildə evinə gedib-gələ biləcək.