"Neftçi"dən qalmqallı oyunla bağlı açıqlama
- 11:00
- 59
Xəbər verdiyimiz kimi, ötən gün AFFA-nın bayrağı altında keçirilən U-17 liqasında xoşagəlməz hadisələr yaşanıb. “Vətən” – “Neftçi” (0:3) matçının ikinci hissəsində hər iki komandanın texniki zonasında əyləşən şəxslər arasında gərginlik yaşanıb, “Vətən” klubunun rəsmisi “Neftçi”nin baş məşqçisi Asif Ələsgərova başla zərbə endirib. İkinci zərbə səbəbindən xəstəxanaya yerləşdirilib. Məsələyə polis və AFFA-da qarışıb və hazırda bununla bağlı araşdırma aparılır.
Məsələ ilə bağlı "Neftçi" tərəfi də Rekord.az-a açıqlama verib.
Klubun mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı saytımıza məsələ ilə bağlı bunları deyib: "17 yaşlı futbolçularımızın oyununa belə bir halın yaşanması bizi təəssüfləndirir. Bu cür olayın gənclərin oyununda baş verməsi ikiqat təəssüf doğurur. Bu cür olayları klub olaraq pisləyirik. Təbii ki, məsələ diqqətimizdədir və biz də araşdırırıq. İnanırıq ki, AFFA İntizam Komitəsi də məlum olayla bağlı lazımı ölçünü götürəcək, günahkarlar da cəzalanacaq. Baş məşqçimiz Asif Ramazanovun vəziyyəti stabildi. Hadisə baş verəndən sonra xəstəxanaya çatdırılıb, burnuna gips qoyulub. Çünki fevralın 8-də Türklyəyə yola düşürlər, İstanbulda qardaş ölkənin "nəhəng" klubları "Beşiktaş", "Qalatasaray" və "Fənərbağça" ilə oyunlar keçirəcəklər. Qayıdandan sonra yenidən həkim müayinəsindən keçəcək və həkimlər qərar verəcək ki, əməliyyat olunsun. ya yox".