“Neftçi” PFK daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, qapıçı Kamran İbrahimovla anlaşma daha 2 illiyə artırılıb.

20 yaşlı qolkiper 2022-ci il mayın sonunadək "ağ-qaralar”ın formasını geyinəcək.

Qeyd edək ki, bundan əvvəl Anton Krivotsyuk, Emin Mahmudov və Ömər Buludov da klubla yeni anlaşmaya imza atmışdı.