Azərbaycan Premyer Liqasına hazırlığını davam etdirən “Neftçi” bu gün növbəti sınaq oyununu keçirib.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi “Qəbələ”ni qəbul edib.

8-ci km stadionunda keçiriləb yoxlama görüşündə hesabı əyalət təmsilçisi açıb. Lakin qalan dəqiqələrdə iki qol vuran “ağ-qaralar” əzmkar qələbəyə seviniblər.

“Neftçi” hazırlıq çərçivəsində keçirdiyi ilk sınaq oyununda “Keşlə”yə 3:1 hesabı ilə qalib gəlmişdi.

Yoxlama oyunu
13 iyun

Neftçi – Qəbələ 2:1
Qol: Mirabdulla Abbasov, 40. Dario Federiko, 63 – Rövlan Muradov, 26.
8-ci km stadionu

Neftçi: Səlahət Ağayev, Mamadu Mbodj, Anton Krivotsyuk, Namiq Ələsgərov, Emin Mahmudov (k), Baqali Dabo, Tural Axundov, Stiven Jozef-Monroz, Mamadu Kane, Saman Nərimancahan, Soni Mustivar.

Qəbələ: Anar Nəzirov (k), Faiq Hacıyev, Amin Seydiyev, Sadiq Quliyev, Murad Musayev, Qismət Alıyev, Ehtiram Şahverdiyev, Klesio Bauk, Abdelrafik Jerar, Rövlan Muradov, Nikolas Raysel.