Futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan “Neftçi” və “Qəbələ” bu gün yoxlama oyununda qarşılaşıb.

Rekord.az xəbər verir ki, 8-ci km stadionunda keçirilən oyun paytaxt təmsilçisinin qələbəsiylə yekunlaşıb.

“Neftçi”yə qələbə qazandıran qolları Mamadu Kane və Yusuf Laval vurub. Əyalət təmsilçisinin heyətində isə penaltini dəqiq yerinə yetirən Nikolas Raysel fərqlənib.