Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci tura start verilib. 


Rekord.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.


Əvvəlcə qeyri-sabit çıxışı ilə diqqət çəkən “Sumqayıt” doğma meydanda “Keşlə”ni qəbul edib. Paytaxt təmsilçisi ilk üçlükdəki mövqeyini qorumağı, sumqayıtlılar isə uğursuz gedişata son qoymağı hədəfləmişdilər. Amma komandalar meydanı qol vurmadan - 1 xalla tərk ediblər.


Günün digər matçı “Neftçi” ilə “Səbail” arasında baş tutub. “Ağ-qaralar” bu oyunda qalib gəlməklə “Səbail”i qabaqlamaq şansına malik idi. Meydan sahibləri bu şansdan maksimum yararlanıblar.


Tura sabah keçiriləcək “Zirə” – “Qəbələ” və “Qarabağ” – “Sabah” oyunları ilə yekun vurulacaq.


Azərbaycan Premyer Liqası
7-ci tur

5 oktyabr


“Sumqayıt” - “Keşlə” 0:0
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov.
“Sumqayıt Arena”, 17:00.


Sumqayıt: 1. Mehdi Cənnətov, 4. Şəhriyar Əliyev (k), 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 70. Mehdi Şərifi, 5. Camaladdin Xocaniyazov, 44. Elvin Cəfərquliyev, 28. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 94. Nicat Mehbalıyev, 3. Vurğun Hüseynov, 97. Xəyal Nəcəfov, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 90. Rəhim Sadıxov, 18. Süleyman Əhmədov.
Baş məşqçi: Ayxan Abbasov.
Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 11. Ruslan Qurbanov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 16. Şahin Zəkiyev, 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 66. Murad Qayalı, 90. Orxan Fərəcov, 91. Samir Abdullayev.
Baş məşqçi: Tərlan Əhmədov.


“Neftçi” – “Səbail” 2:1
Qol: S.Monroz, 41. A.Krivotsyuk, 44 - A.Ramazanov, 81.
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Cavanşir Yusifov, Namiq Bəkirov
8-ci km stadionu, 19:15.


Neftçi: 1. Səlahət Ağayev (k), 17. Rəhman Hacıyev, 19. Rauf Əliyev, 93. Soni Mustivar, 10. Dario Frederiko, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 77. Donald Gerye, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 7. Namiq Ələsgərov, 18. Tural Axundov, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 56. Elton Əlibəyli, 37. Vüsal Əsgərov.
Baş məşqçi: Roberto Bordin.
Səbail: 85. Kamal Bayramov, 4. Eltun Yaqublu (k), 13. Şəhriyar Rəhimov, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 34. Ürfan Abbasov, 22. Mirabdulla Abbasov, 8. Yevgeni Koçuk, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 7. Fəhmin Muradbəyli, 18. Akşin Qurbanlı, 17. Elçin Rəhimli, 9. Mirsahib Abbasov, 6. Maykl Esyen, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.