Bu gün AFFA-nın təsis olunmasının 30 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Dalğa Arena”da yoldaşlıq oyunu keçirilib.

Rekord.az xəbər verir ki, AFFA-nın, PFL əməkdaşlarından və Azərbaycan milli komandalarının məşqçilərindən ibarət komanda ilə Premyer Liqada çıxış edən klubların əməkdaşlarından və məşqçilərindən təşkil olunmuş komanda üz-üzə gəlib.

Tədbir çərçivəsində “Neftçi”nin prezidenti Kamran Quliyev, komandanın baş məşqçisi Laurentisu Regekampf və kapitan Emin Mahmudov AFFA-nın rəhbəri Rövnəq Abdullayevlə görüşüblər. Onlar assosiasiya prezidentinə arxasında “AFFA” və “30” yazılmış forma hədiyyə ediblər.