“Neftçi” ilə yollarını ayıran Soni Mustivarın yeni klubu bəlli olub. 

Rekord.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi karyerasını Rumıniyada davam etdirəcək.

Haitili oyunçu əsas liqada çıxış edən "Hermanştadt"la iki illik müqavilə imzalayıb. 

Qeyd edək ki, 2018-ci ilin martında "Neftçi"yə keçən Soni Mustivar ötən mövsümün sonunda komandadan ayrılıb. Mustivar bu müddət ərzində 56 oyunda meydana çıxıb və 3 qola imza atıb.

“Hermanştadt” bir müddət əvvəl “Zirə”dən ayrılan Adrian Skarlatakeni də heyətinə qatmışdı.