“Neftçi”dən Rusiya klubuna
- 2024-06-25 00:01
- 163
"Neftçi"dən ayrılan Reziuan Mirzovun yeni klubu müəyyənləşib.
Rekord.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi “Ximki”yə keçib.
Bu barədə Moskva klubunun mətbuat xidməti məlumat yayıb.
Mirzov daha əvvəl 2020-2023-cü illərdə "Ximki"də çıxış edib. O, 2023/2024 mövsümünü "Neftçi"də keçirib. Futbolçu müqaviləsi başa çatdığı üçün bu yay paytaxt təmsilçisindən ayrılıb.