“Neftçi”dən Səlahət Ağayevin durumu ilə bağlı açıqlama
- 07 Okt 2019 20:00
- 754
Premyer Liqanın 7-ci turu çərçivəsində oktyabrın 5-də “Səbail” klubu ilə keçirilmiş oyunun (2:1) ilk hissəsində zədələnərək fasilədə əvəzlənən “Neftçi”nin futbolçusu Səlahət Ağayevin vəziyyətinə aydınlıq gəlib.
Rekord.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, tibbi baxışın nəticələrinə görə, təcrübəli qapıçı pubalgiya (oturaq sümüyünün iltihabı xəstəliyi) diaqnozu ilə bir həftə müalicə olunacaq.