"Neftçi"dən ayrılan Kilan Lebonun yeni klubu müəyyənləşib.


Rekord.az xəbər verir ki, 27 yaşlı hücumçu bundan sonra Yunanıstanın "Kaliteya" klubunda açıxış edəcək.


Bu barədə futbolçu sosial şəbəkə hesablarında məlumat yayıb.


“Kaliteya" Yunanıstan Super Liqasında mübarizə aparır. Sözügedən komanda hazırda turnir cədvəlində 15 xalla 13-cü pillədə qərarlaşıb.


Xatırladaq ki, Lebon 2023-cü ilin yanvarından "Neftçi"nin formasını geyinirdi. O, bu qış fasiləsində paytaxt klubundan azad agent kimi ayrılıb.