Cari mövsüm "Sumqayıt"da baxımlı oyunu ilə diqqət çəkən Əmir Ağayevə təkliflər durmadan artır.

Rekord.az-a daxil olan məlumata görə, "Neftçi"nin maraq dairəsində olan futbolçuya növbəti təklif İsraildən gəlib.

Həmin "Neftçi"ni Avropa Liqasından kənarlaşdıran "Bney Yehuda" Əmirə ayda 10 min dollarlıq müqavilə təklif edib. Futbolçu hələ ki, qərarını verməyib. Amma hazırkı şərtlər altında çətin ki, o, "Sumqayıt"da qalsın.

Maraq üçün deyək ki, Əmirin "Sumqayıt"da aylıq maaşı təxminən 6 min manat civarındadır.