“Neftçi”ni futbolçuları və kənar şəxslər, “Qarabağ”ı azarkeşləri ziyana saldı
- 05 Apr 2024 17:20
- 166
İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Neftçi” – “Qarabağ” görüşündə “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” klubu 700 manat cərimə edilib.
“Neftçi” – “Qarabağ” görüşü bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilib.
“Neftçi” – “Qarabağ” görüşündə “Qarabağ” azarkeşləri kütləvi şəkildə rəqib futbolçuları təhqir etdiyinə görə “Qarabağ” klubu 1000 manat cərimə edilib.