“Neftçi”ni keçmək üçün hər şeyə hazırıq”
- 19 Avq 2021 23:27
- 552
İsrailin “Makkabi” (Hayfa) komandasının baş məşqçisi Barak Baxar Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan və 3:3 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Çox çılğın oyun alındı. Matça yaxşı başlasaq da, ikinci hissədə 3 qol buraxdıq. Bu nəticəyə görə şadam. İndi fikirlərimiz cavab matçındadır. Öz doğma azarkeşlərimiz önündə oynayacağıq. Qələbə qazanmağa çalışacağıq.
Rəqibin birinci qolu fantastik idi. Bundan sonra futbolçuların özünə inamı artdı və daha 2 qol vurdular. Lakin hesabı bərabərləşdirdik və bu nəticə bizi qane edir.
“Neftçi” çox yaxşı komandadır. Rəqibin heyətində Sabir Buqrin, Emin Mahmudov və Yusuf Laval əla təsir bağışladı. Buqrin Mərakeş millisinə dəvət alıbsa, deməli, yaxşı futbolçudur. Bu gün də bunu göstərdi. Mərakeş yığmasında səviyyəli oyunçular çıxış edir. Buqrin də onlardan biridir. İlk qolu buraxandan sonra 17 dəqiqə ərzində meydanda yalnız bir komanda var idi".
Əsas məqsədimiz qrupa düşməkdir. Bunun üçün hər şeyə hazırıq. İsraildəki matçda heç bir komanda dincəlməyəcək. Bütün fikirlərimiz cavab görüşündədir".