“Neftçi”nin 19-cu, “Qarabağ”ın 15-ci medalı
- 18 Apr 2021 19:30
- 544
Futbol üzrə Azərbaycan Premyer Liqasının mükafatçılarından ikisi bəlli olub.
Rekord.az xəbər verir ki, “Qarabağ”la “Neftçi” 23-cü turdan sonra ilk “üçlük”də yerini təmin edib.
Ağdamlılar “Səbail”lə heç-heçə (1:1) sayəsində xal hesabını 47-yə çatdırıb. Paytaxt klubu isə “Zirə” üzərində qələbə (4:0) ilə aktivini 46 xala yüksəldib.
Liderlərin iki ən yaxın izləyicisinin – “Sumqayıt”la “Zirə”nin 32 xala malik olması və öz aralarındakı qarşılaşmada ən azı birinin xal itirəcəyi, mükafatçılardan ikisinin müəyyənləşməsinə səbəb olub.
Bu, “Neftçi”nin sayca 19-cu medalıdır. Bakılılar bunadək 8 qızıl, 4 gümüş və 6 bürüncə yiyələnib.
Ağdam təmsilçisi isə yubiley – 15-ci uğurunu təmin edib. “Qarabağ” indiyədək 8 qızıl, 3 gümüş və 3 bürünc əldə edib.