Bildiyiniz kimi, "Qarabağ"dan ayrılan Riçared Almeyda Qətərə yollandı. Gedəndə ona deyildi ki, növbəti dəfə geri dönmək niyyəti olsa, Ağdam klubu onu qəbul etməyəcək. Çünki o, komandanı yarı yolda, özü də pula görə atıb gedir.


Etibarlı mənbədən Rekord.az-a daxil olan məlumata görə, məsələdən hali olan "Neftçi" yaxın çevrə vasitəsi ilə braziliyalıya xəbər göndərib.


Əgər Ərəbistanda karyerası uğurlu alınmasa və yenidən Azərbaycana dönmək istəyi olsa, "Neftçi" onu öz heyətinə qatmağa hazırdı. Təbii ki, Almeydanın yerli futbolçu statusu daşıması da "Neftçi"yə sərf edən məqamdı.