"Neftçi"nin Antalyada qalacağı oteli Ceyhun Sultanov seçib
- 10 Yan 2020 17:00
- 941
"Neftçi" yanvarın 10-dan 11-nə keçən gecə Türkiyənin Antalya şəhərinə ikihəftəlik təlim-məşq toplanışına yollanıb.
Rekord.az xəbər verir ki, "ağ-qaralar" Manavqat bölgəsində yerləşən “The Sense De Luxe” otelində məskunlaşacaq.
Sözügedən oteli klubun idman direktoru Ceyhun Sulanov seçib. Deyilənə görə, bu otelin rəhbərliyi və əməkdaşları ilə Sultanovun yaxşı münasibəti var. Sultanov "Sumqayıt"da çalışdığı dönəm "Sumqayıt" da qış hazırlığı zamanı məhz bu oteldə məskunlaşırdı.