"Neftçi"ni Avropa Liqasına hansı məşqçinin aparacağı hələlik məlum deyil.

Rekord.az xəbər verir ki, Füzuli Məmmədov hazırda baş məşqçi postunu tutsa da onun məsələsi hələ dəqiqləşməyib.

Əldə etdiyimiz məlumata görə, yaxınlarda klubun müşahidə şurasının iclası baş tutacaq və o iclasda baş məşqçi məsələsi ilə bağlı yekun qərar veriləcək.

Saytımıza açıqlamasında klubunm prezidenti Kamran Quliyev də sözügedən məsələ ilə bağlı Müşahidə Şurasının qərar verəcəyini bildirdi.