“Neftçi”nin baş məşqçisi 5 oyunluq cəza aldı
- 24 May 2021 14:30
- 688
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
Gənclər Kubokunun “Kəpəz” – “Neftçi” oyununda qonaq komandanın futbolçusu Cavad Qurbanlı “sonuncu ümid folu”na görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Neftçi”nin daha bir futbolçusu - Hüseyn Babayev də “sonuncu ümid folu”na görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
Gənclər Kubokunun “Sabah” – “Səbail” oyununda “Sabah”ın futbolçusu Nemət Musayev “sonuncu ümid folu”na görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
Gənclər Kubokunun “Keşlə” – “Qəbələ” oyununda “Keşlə”nin futbolçusu Ramin Abdullayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-17 Kubokunun “Qəbələ” - “Sumqayıt” oyununda “Sumqayıt”ın baş məşqçisi Zahir Əsgərzadə hakimə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-17 Kubokunun “Neftçi” - “Sabah” oyununda “Neftçi”nin baş məşqçisi Elman Sultanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.
U-17 Kubokunun “Neftçi” - “Sabah” oyununda “Sabah”ın futbolçusu Yelmar Aşurov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-17 Kubokunun “Neftçi” – “Qəbələ” oyununda “Neftçi”nin futbolçusu Fuad Əhmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.