AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:


AFFA U-17 Liqasının VƏTƏN İOEUGFMPHŞ - Neftçi PFK oyununun 69-cu dəqiqəsində Masallı PFK-da qeydiyyatdan keçmiş komanda rəsmisi Abdulla Xəlilov “Neftçi”nin baş məşqçisi Asif Ramazanovun üzünə başla zərbə endirdiyinə, xəsarət yetirdiyinə görə Abdulla Xəlilov 6 ay müddətinə AFFA və PFL bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb. Bu oyunda təhlükəsizlik təmin edilmədiyinə görə VƏTƏN İOEUGFMPHŞ komandası müstəsna hal olaraq 500 manat cərimə edilib. “Neftçi”nin rəsmisi Rəşad Hüseynov Masallı PFK-da qeydiyyatdan keçmiş komanda rəsmisi Abdulla Xəlilovu vurduğuna görə 10 oyun cəzalandırılıb. Bu oyunda baş verən insidentlə bağlı VƏTƏN İOEUGFMPHŞ komandasının rəhbərliyinə daxili nizam qaydalarına riayət edilməsi ilə bağlı xəbərdarlıq edilib. İnsidentlə bağlı “Neftçi” PFK komandasının rəhbərliyinə daxili nizam qaydalarına riayət edilməsi ilə bağlı xəbərdarlıq edilib.


U-17 Liqasının Turan Tovuz FK –Zirə PFK oyunu bitdikdən sonra  Turan Tovuz FK komandasının heyətində 2 nömrəli futbolçu Hüseyn Mirzəyev təcavüzkar davranışa görə (rəqibi vurduğuna) qırmızı vərəqə ilə cəzalandırılmasına görə 4 oyun cəzalandırılıb.


U-15 Liqasının Turan Tovuz FK –Zirə PFK oyunu oyununda Zirə PFK komandasının komandasının heyətində 4 nömrəli futbolçu Raul Paşayev rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 3 oyun cəzalandırılıb.