“Neftçi”nin baza məsələsi bu il də qaldı
- 06 Apr 2020 13:00
- 945
Görünən budur ki, “Neftçi”nin baza məsələsi bu il də qaldı.
Rekord.az xəbər verir ki, işlər onsuz da çox ləng gedirdi.
Bəzən iş, ümumiyyətlə, dayanırdı. Koronavirus pandemiyası və neftin qiymətindəki kəskin eniş bazanın tikintisinə də birbaşa təsir edəcək. Çünki maliyyə SOCAR-dan ayrılır. Böyük ehtimalla “Neftçi”nin yeni bazaya köçməsi 2021-ci ilə qaldı.