"Neftçi"nin bazası bu il də yarımçıq qaldı
- 12 Noy 2019 14:00
- 1012
"Neftçi" rəhbərliyi bazadakı təmir işlərinin bu ilin iyununa kimi başa çatdırılacağını demişdi.
Lakin Rekord.az hələ may ayında yazmışdı ki, SOCAR-dan əlavə vəsait ayrılmadığı üçün iş yarımçıq dayanıb.
Klub rəsmiləri həmin vaxt mətbuata açıqlamasında bunu təkzib edərək işlərin plan üzrə getdiyini açıqlamışdı. Sonradan məlum oldu ki, işlər iyunda yox, sentyabrda yekunlaşacaq. Daha sonra bu proses noyabra kimi uzadıldı. Aldığımız son məlumata görə, işlər bu il yekunlaşmayacaq. SOCAR-dan bu il üçün nəzərdə tutulan maliyyə xərclənib. Yeni vəsait üçün isə 2020-ci ili gözləmək lazımdır.