“Neftçi”nin bizdən üstün oynadığını düşünmürəm” - Baxşıyev
- 13 Apr 2024 21:56
- 257
“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxışıyev Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri səfər oyunu haqda danışıb.
Rekord.az xəbər verir ki, o, 0:3 hesablı məğlubiyyəti belə şərh edib:
“Ümumi oyun dinamik alınmasa da, hər iki komanda hücum oyununu düşünürdü. İlk hissədə erkən qol buraxdıq. Komandada konsentrasiya aşağı idi. Biz səhv etdik, rəqib də bundan istifadə etdi. Düşünmürəm ki, rəqib komanda bizdən üstün oynadı”.
5 gündür buradayam. Məni tanıyan bilir ki, burada cavabdeh şəxs mənəm. Rəhbərlik ilə bütün şeyləri qərarlaşdırmışıq. Düşünürəm ki, komanda mənim rəhbərliyim altında olacaq. Klubun gələcək planları mənə maraqlı gəldi. Zamanla istədiyim futbolu komandada göstərəcəyəm. Avrokuboklara da hazır olmaq lazımdır. Bu komandaya gələndə məndən müdafiəyə dözümlü komanda yaratmağımı istədilər. Hər oyuna hazır olmaq lazımdır. Bu komanda günü-gündən inkşaf etməlidir”.