“Neftçi”nin daha bir futbolçusunda koronavirus aşkarlandı
- 28 Noy 2020 18:40
- 611
“Neftçi” klubunun daha bir futbolçusu koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, Anton Krivotsyukun testi müsbət nəticələnib.
22 yaşlı cinah müdafiəçisi bu səbəbdən Azərbaycan Premyer Liqasının 11-ci turunda "Zirə" ilə matçı buraxıb.
Bruno Teluşi isə zədə səbəbindən komandasına kömək edə bilmir.
Artıq "Neftçi"nin kapitanı Emin Mahmudov və hücumçu Mirabdulla Abbasov koronavirusdan sağalıb.