“Neftçi”nin daha bir legioneri yığmaya çağırıldı
- 29 May 2024 17:20
- 213
“Neftçi”nin futbolçusu Ataa Caber Fələstin millisinin düşərgəsinə çağırılıb.
Rekord.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Livan və Avstraliya yığmalarına qarşı DÇ-2026-nın seçmə mərhələsinin oyunları üçün komandaya cəlb edilib.
Fələstin iyunun 6-da Livan, beş gün sonra Avstraliya ilə üz-üzə gələcək.
Daha əvvəl "Neftçi"dən Alfa Konte Syerra Leone millisinə dəvət alıb.