Futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi” ilə Gürcüstanın “Dinamo” (Tiflis) klubu arasında keçiriləcək cavab matçının hakimləri açıqlanıb.

Rekord.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyulun 14-də oynanılacaq qarşılaşmanı Moldovadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Dmitri Muntean olacaq. Ona yan xətt hakimləri Vlad Lifçiu və Vadim Vikol kömək edəcəklər. Dördüncü hakim funksiyasını Qabriel Tupiçika yerinə yetirəcək.

“Neftçi” ilə “Dinamo” arasında ilk oyun iyulun 7-də Tiflisdə, cavab matçı isə 14-də Bakıda olacaq. Bu komandalar arasındakı ilk oyunu isə İsraildən olan hakimlər idarə edəcəklər.