Məlum olduğu kimi, dünən AFFA-nın bayrağı altında keçirilən U-17 liqasında xoşagəlməz hadisələr yaşanıb.  Belə ki, “Vətən” – “Neftçi” (0:3) matçının ikinci hissəsində hər iki komandanın texniki zonasında əyləşən şəxslər arasında gərginlik yaşanıb.  Bu zaman “Vətən” klubunun rəsmisi “Neftçi”nin baş məşqçisi Asif Ələsgərova başla zərbə endirib.

Rekord.az-ın əldə etdiyi məlumata görə, ciddi xəsatət alan Ələsgərov bu gün "Yeni Klinika"ya aparılıb.

Sözügedən məşqçi ilə bağlı dahaq bir maraqlı məlumat isə ondan ibarətdir ki, Asif Ələsgərov sabah komandası ilə birlikdə Türkiyəyə təlim-məşq toplanışına yollanmalı idi. Hətta bileti də öncədən alınıb. Ancaq bu durumda toplanışın baş tutacağı da sual altındadır.