"Neftçi"nin eks rəisi: "Yenidən hər şeyə sıfırdan başlamaq lazımdır"
- 23 Apr 2020 15:19
- 629
«Mən belə başa düşürəm ki, koronovirus pandemiyası nəinki dünya iqtisadiyyatını cökdürdü, hətta müstəqilliyimizdən bəri min bir əziyyətlə dünyada zirvələrə qaldırdıgımız Olimpia və qeyri-Olimpia idman növlərinə də tarixin ən böyük zərbəsini vurdu».
Rekord.az xəbər verir ki, bu sözlər «Neftçi»nin sabiq rəisi Güloğlan Cabbarova məxsusdur.
O, pandemiyanın mənfi təsirini qaldırmaq üçün bir neçə ilə ehtiyac olduğunu bildirib: «Bu saatdan sonra federasiyaların bir necə ilə yenidən əvvəlki kimi toparlanması sual altindandı.
Bunun ücün pandemiya bitdikdən sonra yenidən hər şeyə sıfırdan başlamaq lazımdır. Yenidən, ən əsas da, kadetlərə - yeniyetmə və gənclərə üstünlük verib, «alt yapı»nı gücləndirmək istiqamətində böyük işlər görə bilsək, bir necə il sonra hər şey yoluna düşəndə güclü bir idman ölkəsi kimi Azərbaycanımızın ücrəngli və şanlı bayragını dünyanın bütün idman arenalarında yenidən dalgalandırmaga nail ola bilərik».