“Neftçi-2” yeni mövsümə hazırlığını davam etdirir.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, avqustun 2-dən "Türk Hava Yolları Futbol Mərkəzi"ndə məşq edən I Divizionun son çempionu hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. "Sabah-2” ilə qarşılaşan əvəzedicilər heç-heçə edib – 0:0.

"Neftçi-2” hazırlığın ikinci mərhələsini Türkiyədə keçəcək. Afyonkarahisar şəhərində təşkil olunacaq təlim-məşq toplanışında komandanın 3 sınaq matçı keçirməsi planlaşdırılır. “Ağ-qaralar”ın avqustun 22-də “İsparta”, 25-də “Halspor”, 29-da isə “Berqama Belediyespor” klubları ilə qarşılaşması nəzərdə tutulub.

Hər üç klub Türkiyə çempionatının aşağı liqa təmsilçisidir.