
“Neftçi”nin əvəzediciləri Gəncədən xalsız qayıtdılar
- 06 Mar 2025 20:45
- 45
Əvəzedicilər Liqasında 25-ci tura yekun vurulub.
Rekord.az xəbər verir ki, son gündə bir oyun baş tutub.
“Kəpəz-2” evdə “Neftçi-2” ilə qarşılaşıb və inamlı qələbəyə sevinib.
Əvəzedicilər Liqası
25-ci tur
6 mart
“Kəpəz-2” – “Neftçi-2” 3:1
Qollar: Cəlil Allahverdiyev, 21. Cavad Kərimov, 52. Turqut Mustafazadə, 56 - Kamal Kazımov, 36.
Turun digər oyunları:
“Səbail-2” – “Şamaxı-2” 4:0
“Sumqayıt-2” – “Qarabağ-2” 1:1
“Turan Tovuz-2” – “Zirə-2” 1:0
“Sabah-2” – “Araz-Naxçıvan-2” 6:3