"Neftçi"nin formasını Braziliyada uduşa qoydu FOTO
- 22 Okt 2021 14:20
- 531
“Kəpəz”lə “Neftçi”nin sabiq yarımmüdafiəçisi Dario Federiko vaxtilə əyninə geyindiyi ağ-qara formanı Braziliyada uduşa qoyub.
Rekord.az xəbər verir ki, 30 yaşlı braziliyalı futbolçu “Primos” saç kəsimi salonunun müştəriləri üçün oyun təşkil edib.
Belə ki, iki dəfə saçlarını kəsdirən və ya bir gedişdə saçlarını kəsdirməklə yanaşı, üzünü də təmizlətdirən müştərilər Darionun “Neftçi”də geyindiyi imzalı formasını əldə etmək şansı qazanıb.
Yekunda qalib ata Daniel Morelli ilə oğlu Qabriel Morelli olub. Maykanı qaliblərə Federiko şəxsən təqdim edib.