“Neftçi”nin futbolçuları üçün 90 dəqiqə, 1 xal
- 11 Okt 2019 15:22
- 790
Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsinin (KONKAKAF) Millətlər Liqasında növbəti oyunlar keçirilib.
Rekord.az xəbər verir ki, “Neftçi”nin futbolçuları Soni Mustivar və Donald Geryenin şərəfini qoruduğu Haiti millisi qrupda 3-cü görüşünə çıxıb.
A liqasının D qrupunda yer alan Haiti öz meydanında Kosta-Rika ilə qarşılaşıb. Start heyətində yer alan Mustivarla Gerye sonadək mübarizə aparıblar. Qarşılaşma isə 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, 3 oyunda 2 xal toplayan Haiti yığması qrupda 2-ci pillədə qərarlaşıb. Sözügedən komanda oktyabrın 15-də Boliviya ilə yoxlama görüşündə də qüvvəsini sınayacaq.