Neftçi”nin braziliyalı futbolçusu Dario Federiko futbolinfo.az-a müsahibə verib. Rekord.az həmin müsahibəni sizə təqdim edir:

 

 

– Çempionatın ləğv olunmasını necə qarşıladınız?
– Düşünürəm ki, bu doğru qərar idi. Bir çox futbolçu çətin duruma düşmüşdü. Çünki karantin hazırlaşmağa, kifayət qədər güclü olmağa imkan vermədi. Fiziki hazırlıqdan əlavə futbolçuların psixoloji hazırlığa da ehtiyacı var idi. Bu səbəbdən düşünürəm ki, qərar düzgün idi. Artıq yeni mövsümə başlamaq üçün kifayət qədər vaxt olacaq.

– “Neftçi” gümüş medalları qazandı. Bunun da haqlı qərar olduğunu düşünürsən?
– Düşünürəm ki, bu haqlı qərardır. Onsuz da biz ikinci pillədə idik və gümüş medalları düzgün hesab edirəm.

– Avropa Liqasında çıxış edəcəksiz. “Neftçi”nin uğurlu olacağına inanırsan?
– Əlbəttə ki, uğur qazanmağa çalışacağıq. Biz Avropa Liqasında mümkün qədər irəliləmək üçün əlimizdən gələni edəcəyik. Düzdür, indiki dövrdə çətin olacaq. Amma hazırlaşmalıyıq, bacardığımızı ortaya qoymalıyıq. Ümid edirəm ki, bizim üçün hər şey yaxşı olar.

– Avrokuboklarda təsnifat mərhələsi bir oyundan ibarət olacaq. Bu çətinlik yaratmayacaq?
– Düşünürəm ki, çətin olacaq. İki matç olsa idi, şanslar daha da çox olardı.

– “Neftçi”dən ayrılmaq barədə düşünürsən?
– Əgər mən meydana çıxmayacam, oynamayacamsa, o zaman özümə başqa komanda tapmağım daha yaxşı olar.

– Klub prezidenti Kamran Quliyev deyib ki, Dario istedadlı futbolçudur və onunla gedişi barədə heç bir söhbətimiz olmayıb…
– Onlar məndən narazı deyillər. Lakin yanvarda dedilər ki, sən çox istifadə edilməyəcəksən, meydana çıxmayacaqsan. Dediyim kimi belə olan halda başqa komandaya getmək daha məntiqlidir.