"Neftçi"nin futbolçusu Keysuke Honda Afrikadakı layihələrə investisiya qoyacaq.

Rekord.az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi bu barədə "Tvitter" hesabında yazıb. Honda bu yaxınlarda Afrikadakı startaplarla iki onlayn matçın olduğunu bildirib: "Problemlər çoxdur və düşünürəm ki, onlara investisiya qoyacağam".

Qeyd edək ki, K. Honda "Neftçi" ilə bu mövsümün sonunadək müqavilə imzalayıb.