“Neftçi”nin futbolçusu azarkeşlərə əşya atdığı üçün cəzalandı
- 15 Avq 2024 16:30
- 140
AFFA İntizam Komitəsi (İK) "Neftçi"nin futbolçusu Ervin Koffini iki oyunluq cəzalandırıb.
Rekord.az xəbər verir ki, buna fransalı müdafiəçinin "Səbail"lə heç-heçə (1:1) etdikləri Premyer Liqanın II turunun matçı bitdikdən sonra azarkeşlərə kənar əşya atması səbəb olub.
"Ağ-qaralar" buna görə 2000 manat cərimələnib.
"Neftçi" görüş bitdikdən sonra fanatların iğtişaş törətməsi ucbatından 4000 manat ziyana düşüb.
"Səbail" isə sözügedən qarşılaşmada beş futbolçusu sarı vərəqə ilə cəzalandığından 700 manat ödəməli olacaq.
İK "Turan Tovuz"u 700 manat cərimələyib. Bölgə təmsilçisinin dörd üzvü "Sumqayıt"a qalib gəldikləri görüşdə (1:0) sarı vərəqə görüb.