Azərbaycan millisinin heyətinə daha bir futbolçu cəlb edilib. 

Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, avqustun 27-də açıqlanmış siyahıda adı ehtiyat heyətdə göstərilən "Neftçi"nin yarımmüdafiəçisi Namiq Ələsgərov yığmanın toplanışına dəvət olunub. 

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.