“Neftçi”nin futbolçusu Ataa Caber Fələstin millisinə qoşulmayacaq.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin ölkəsində yaranan gərginlikdir.

29 yaşlı oyunçu Malayziyada təşkil olunan “Merdeka” turnirində iştirak üçün heyətə çağırılsa da, Fələstin yığması yarışdan imtina edib.

Qeyd edək ki, Ataa Caber Fələstin millisinin heyətində 4 oyunda meydana çıxıb.