Məlum olduğu kimi, hazırda Afrika ölkəsi olan Qvineyada vəziyyət heç də ürəkaçan deyil.

Rekord.az xəbər verir ki, ölkədə baş vermiş hərbi çeviriliş səbəbindən həyat öz normal axarından çıxıb.

Qiyamçılar hətta ölkəyə giriş-çıxışı da məhdudlaşdırıb. Sual oluna bilər ki, bütün bunların futbola nə dəxli. Amma iş orasındadır ki, "Neftçi"nin futbolçusu Mamadu Kane də məhz Qviyedadır. Bildiyiniz kimi, "ağ qaralar" bu yaxınlarda Kaneni "Olimpiakos"a satsalar da, sonradan onu icarəyə götürüb. Lakin məlum qiyam səbəbindən futbolçu Bakıya gələ bilmir. Kane yalnız dünən Qviyenaə tərk edə bilib. Belə ki, o və dostları yalnız özəl təyyarə ilə ölkədən çıxıblar.