“Neftçi” futbolçusu Turan Vəlizadəni 1 il müddətinə icarəyə verib.

Rekord.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi gələn mövsümün sonunadək "Keşlə”də çıxış edəcək.

Bu barədə “Neftçi”nin rəsmi saytı məlumat yayıb. 

Qeyd edək ki, Turan Vəlizadə "Neftçi”də keçirdiyi 2 mövsüm ərzində əsas komandada 2 oyun keçirib.

“Neftçi” Turandan öncə Rəhman Hacıyevi də “Keşlə”yə icarəyə vermişdi.