“Neftçi” PFK-nın yarımmüdafiəçisi Kilan Lebon Sent Martin millisinə dəvət olunub.

Rekord.az xəbər verir ki, 26 yaşlı futbolçu yığmanın heyətində oktyabrın 9-dan 17-dək, noyabrın 13-dən 21-dək keçiriləcək KONKAKAF Millətlər Liqasının oyunlarına çağırılıb.

Qeyd edək ki, Kilan Lebon Sent Martin milli komandasının heyətində 2 oyunda meydana çıxıb.