İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqanın 13-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Qarabağ-2” – “Səbail-2” oyununda “Qarabağ-2” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ-2” komandası 70 manat cərimə edilib.

“Neftçi-2” – “Sumqayıt-2” oyununda “Neftçi-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi-2” komandası 70 manat cərimə edilib.

“Neftçi-2” – “Sumqayıt-2” oyunu bitdikdən sonra “Neftçi-2” komandasının 37 nömrəli futbolçusu Elton Əlibəyli ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Neftçi-2” komandası 50 manat cərimə edilib.

“Neftçi-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt-2” komandası 70 manat cərimə edilib.