AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyunları barədə aşağıdakı qərarlar qəbul olunub:


“Zirə” – “Araz-Naxçıvan” oyununda “Zirə” komandasında 5 nəfər sarı vərəqə aldığına görə “Zirə” klubu 700 manat cərimə edilib.


“Zirə” – “Araz-Naxçıvan” oyununda “Zirə” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Zirə” klubu 500 manat cərimə edilib.


“Neftçi” – “Kəpəz” oyununun 58-ci dəqiqəsində “Neftçi” komandasının 9 nömrəli futbolçusu Bassalu Sambu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Neftçi” klubu 1500 manat cərimə edilib.