“Neftçi”nin legioneri Yusuf Laval karyerasını Türkiyədə davam etdirə bilər.

Rekord.az xəbər verir ki, yayda “ağ-qaralar”la 2+1 il müddətinə müqavilə bağlayan nigeriyalı hazırda bir sıra Türkiyə klublarının maraq dairəsindədir.

23 yaşlı cinah yarımmüdafiəçisi yerli menecerler tərəfindən Super Liqa təmsilçilərinə təklif olunub. “Yeni Malatyaspor” və “Denizlispor” onunla bağlı incələməyə başlayıb.

İlk klubu "Lions” (Nigeriya) olan gənc futbolçu 2017-2020-ci illər ərzində "Lokeren”in (Belçika) heyətində 22 oyun keçirib.