
"Neftçi"nin hədəfində olan növbəti futbolçu
- 08 Mar 2021 12:00
- 1127
“Neftçi” ötən yay “Sumqayıt”dan ayrılaraq "Sabah"la 3 illik müqavilə bağlayan Aleksey İsayevə dəvət göndərib.
Rekord.az-ın məlumatına görə, “ağ-qaralar” 26 yaşlı yarımmüdafiəçini öz şərtləri ilə tanış edib.
Paytaxt təmsilçi “Yenisey”in yetirməsini yayda azad agent statusu ilə sıralarına cəlb etməyi planlaşdırır.
Bunun üçün “Sabah”a müəyyən kompensasiya ödəməyə də hazırdırlar. Işdir, Masazır klubu İsayevi birdəfəlik satmasa, icarə variantı nəzərdən keçiriləcək. (sportinfo.az)