“Neftçi”nin istədiyi futbolçu Bolqarıstan klubundan ayrılır
- 09 Yan 2024 14:30
- 275
Bolqarıstanın “Lokomotiv” klubunun futbolçusu Alfa Konte karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.
Rekord.az yerli mətbuata istinadən məlumat verir ki, Syerra Leonedən olan oyunçunun keçidinin tezliklə reallaşacağı gözlənilir.
Həm 23 yaşlı vingerin özü komandasını dəyişməkdə, həm də “Lokomotiv” rəhbərliyi onun satılmasında maraqlıdır. Konte Bolqarıstan çempionatının ən texnikalı və sürətli oyunçularından biri hesab olunsa da, nizam-intizamla bağlı ciddi problemlərinin olduğu vurğulanır.
Kontenin adı “Neftçi” ilə birgə hallanır.