“Neftçi”nin futbolçusu Mamadu Kane karyerasını Yunanıstanda davam etdirməyə yaxındır.

Rekord.az xəbər verir ki, qvineyalı yarımmüdafiəçi “Olimpiakos”a keçidini tamamlamaq üçün Afinaya yola düşüb. Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Xəbərdə, Pirey təmsilçisinin 24 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalayacağı bildirilib. “Olimpiakos” Kane üçün “Neftçi”yə 300 min avro ödəyəcək.

Mamadu Kane 2019-cu ilin yanvarından “Neftçi”də çıxış edir.