“Neftçi”nin legioneri Mali üzərində qələbəyə sevindi
- 25 Mar 2021 16:46
- 554
“Neftçi”nin legioneri Mamadu Kane Qvineya milli komandasının heyətində oyuna çıxıb.
Rekord.az xəbər verir ki, o, Afrika Millətlər Kubokunun seçmə mərhələsinin 5-ci turu çərçivəsində Maliyə 1:0 hesabı ilə qalib gəldikləri matçda iştirak edib. 24 yaşlı yarımmüdafiəçi 71-ci dəqiqə meydana buraxılıb.
Qvineya millisi A qrupunda 5 turdan sonra 11 xalla 1-ci pillədə qərarlaşıb.